Bütün xəbərlər
Rus əsgərlərinin edamının yeni videosu yayılıb
Tarix: 22-11-2022 23:26 | Bölmə: Cəmiyyət


Şəbəkədə rus əsgərlərinin öldürülməsinin daha bir videosu peyda olub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Ukrayna hərbçiləri bu dəfə yerdə uzanan və müqavimət göstərməyən silahsız insanlara necə atəş açdıqlarını lentə alıblar.
Xatırladaq ki, rus hərbçilərinin qətliamını əks etdirən görüntülər bundan əvvəl də dərc olunmuşdu. Hadisə Luqansk Xalq Respublikası ərazisində, Makeyevka kəndində baş verib. Daha sonra Ukrayna Silahlı Qüvvələrinin əsgərləri rəsmi olaraq təslim olan azı 11 rusiyalını öldürüblər.
Rusiya Federasiyasının Dövlət Duması bəyanat qəbul edərək, bütün ölkələrin parlamentlərini Ukrayna hərbçilərinin hərəkətlərini pisləməyə və rus əsgərlərinin qətlində günahkar olanların hamısını gətirməyə çağırıb. Duma xüsusi olaraq qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasını və İşgəncələrə qarşı Konvensiyanı pozub.





Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər