Bütün xəbərlər
Samarada dəfn salonuna molotof kokteyli atıldı, bir işçi öldü
Tarix: 21-11-2022 00:22 | Bölmə: Cəmiyyət

Samarada naməlum şəxslər dəfn salonuna molotov kokteyli atıblar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,nəticədə salonun əməkdaşı ölüb, bir nəfər isə yaralanıb.
BQXK-nın Samara vilayəti üzrə mərkəzi idarəsinin saytı xəbər verir ki, faktla bağlı “Bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla törədilmiş qətl” və “İki şəxsi öldürməyə cəhd” maddələri ilə cinayət işi açılıb.
İstintaqın müəyyən etdiyi kimi, hadisə noyabrın 18-nə keçən gecə Avrora küçəsində baş verib.

Hazırda cinayət ortaqları müəyyən edilir.


Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər