Bütün xəbərlər
Uşaq Ombudsmanı NVP-nin məktəblərə qaytarılmasını dəstəklədi
Tarix: 15-11-2022 13:40 | Bölmə: Cəmiyyət

Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova ibtidai hərbi hazırlığın məktəblərə qaytarılmasını dəstəkləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,eyni zamanda, uşaq ombudsmanının fikrincə, vətənpərvərlik və vətənə məhəbbət məntiqində yeni prinsiplər üzrə kursu canlandırmaq lazımdır. O, bu barədə “Rossiya 24” telekanalının efirində bildirib.
"Uşaqları öz Vətəninin müdafiəçisi və vətənpərvərləri kimi yetişdirmək lazımdır. Təkcə uşaqlara pulemyotları yığıb sökməyi öyrətmək kifayət deyil...", - deyə Lvova-Belova izah edib.
Müvəkkil əmindir ki, hər şey düzgün aparılarsa, dərslər təbii ki, müsbət nəticə verəcəkdir.
Təhsil Nazirliyindən verilən məlumata görə, rusiyalı məktəblilər dərsdənkənar ilkin hərbi hazırlıq keçəcəklər. Növbəti tədris ilindən dərslər başlayacaq. Hazırda kurs hazırlanır. Yeni ildən sonra onu sınaqdan keçirməyə başlayacaqlar.



Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb