22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
“Krasnı Bor”un rəhbərini metal boru ilə döyüblər
Tarix: 12-11-2022 21:19 | Bölmə: Cəmiyyət


Leninqrad vilayətinin Krasnı Bor qəsəbəsinin rəhbəri Aleksandr Kanserev öz evinin həyətində döyülərək xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,hadisə noyabrın 11-i axşam saatlarında baş verib. Küçədən hasarın üstünə çıxan naməlum şəxs 57 yaşlı məmurun başına metal boru ilə bir neçə dəfə zərbə endirib, sonra yenidən hasardan tullanaraq yoxa çıxıb.
Kanserevə baş sümüklərinin ağır sınığı və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. O, Sankt-Peterburqdakı xəstəxanalardan birindədir.
Hücum faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. “Rossiya 24” telekanalının məlumatına görə, hücum edən şəxs axtarılır, onun şəxsiyyəti müəyyənləşdirilir.




Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər