22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Sərxoş avtobus sərnişini oğurlanmış silahla atəş açıb
Tarix: 11-11-2022 21:11 | Bölmə: Cəmiyyət

Silah oğurluğu ilə bağlı cinayət işi bir gün əvvəl Nijni Novqorodun Sovetski rayonunda ictimai nəqliyyatda baş vermiş insidentdən sonra başlanıb, bu barədə cümə günü, noyabrın 11-də Daxili İşlər Nazirliyinin regional Baş İdarəsindən məlumat verilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, avtobusda atışma olması barədə polisə məlumat daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəşin sərnişinlərdən birinin tərəfindən açıldığını müəyyən ediblər.
Hadisənin şahidləri bildiriblər ki, onların sərxoş yoldaşı əlindəki paketdə nəsə axtarırmış və bundan sonra atışma səsi eşidilib. Ehtiyatsızlıqdan qolundan xəsarət alan şəxs hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasına təhvil verilib.
“Əvvəllər dəfələrlə məhkum olunmuş 54 yaşlı zərərçəkmiş şəxsə məxsus çantadan polis əməkdaşları tərəfindən travmatik tapança, patronlar və bıçaq aşkar edilərək götürülüb”, - idarədən bildirilib.
Məlum olub ki, silah dostu ilə spirtli içki qəbul etdikdən sonra yuxuya gedən şəxsdən oğurlanıb.
Daxili İşlər Nazirliyi istintaqda iştirak edən şəxsi 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandıra biləcəyini vurğulayıb.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər