22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Mütəxəssislər hələ ki,Rusiya hərbçilərinin Viaqradan istifadə etdiyinə dair sübut tapmayıblar
Tarix: 10-11-2022 22:20 | Bölmə: Cəmiyyət



Mütəxəssislər hələ ki, Rusiya hərbçilərinin xüsusi əməliyyat zamanı mülki şəxsləri zorlamaq üçün Viaqradan istifadə etdiyinə dair sübut tapmayıblar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə BMT baş katibinin münaqişələrdə cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Patten əvvəllər Rusiya Silahlı Qüvvələrini bunda ittiham edən prankerlər Lexus və Vovan ilə söhbəti zamanı deyib. Onun sözlərinə görə, o, “qurbanlardan” məlumat alıb ki, Rusiya hərbçilərinə dəstə zorlamaları üçün xüsusi olaraq Viaqra verilib. Bununla belə, “Ukraynalı deputat Oleksandr Merejko”nun bu məsələ ilə bağlı araşdırma aparılıb-aparılmaması ilə bağlı sualına Patten bildirib ki, bu, onun səlahiyyətlərinə aid deyil, o, sadəcə “Nyu-Yorkda oturub”. O, Human Rights Watch Qrupunun və Beynəlxalq Təhqiqat Komissiyasının bunu araşdırdığını, lakin onların hesabatında “Viagra haqqında hələ heç nə” olmadığını açıqlayıb.




Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər