22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
ABŞ Ukraynaya 45 ədəd T-72 tankı verəcək
Tarix: 04-11-2022 20:37 | Bölmə: Cəmiyyət

Növbəti hərbi yardım paketi çərçivəsində ABŞ Hollandiya və Çexiya ilə birlikdə 45 modernləşdirilmiş sovet T-72 tankını Ukraynaya təhvil verəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən bildirir ki, bu barədə jurnalistlərlə söhbət zamanı Pentaqonun sözçüsü Sabrina Sinq bildirib.
O, aydınlaşdırıb ki, tankların bir hissəsi bu ilin sonuna, qalanları isə 2023-cü ildə təhvil veriləcək.
400 milyon dollarlıq yeni hərbi yardım paketinə həmçinin 250 M1117 zirehli transportyoru, 40 çay sinifli zirehli kater, mindən çox Phoenix Ghost pilotsuz uçan aparatı və təkmilləşdirilmiş Hawk hava hücumundan müdafiə sistemləri daxildir.
Bundan əvvəl NBC telekanalı ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenskinin telefon danışığı barədə məlumat vermişdi, bu zaman Amerika lideri həmkarını Vaşinqtondan daha çox pul tələb etdiyinə görə nankor adlandırmışdı.


Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər