22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Doqquz ildən sonra bəraət alan şəxs danışdı - Video
Tarix: 02-11-2022 10:20 | Bölmə: Cəmiyyət

                  Doqquz ildən sonra bəraət alan şəxs danışdı



Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Azərbaycanda ömürlük məhkum 9 ildən sonra bəraət alıb.
Sabaha-inamla.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, “Xəzər Xəbər”ə danışan 62 yaşlı Aydın Qəhrəmanov qeyd edib ki, həbsxanada olduğu müddətdə azadlığı üçün hər gün mübarizə aparıb.
“2022-ci ilin oktyabrın 27-nə kimi müxtəlif qurumlara müraciət edilib. Şükürlər olsun ki, məhkəmə, prokurorluq sahəsində islahatlar keçirilib. Günahsız olduğumuz sübut olundu və mənə bəraət verildi”, - deyə Aydın Qəhrəmanov qeyd edib.
Xatırladaq ki, birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Aydın Qəhrəmanovun cinayət işi yenidən araşdırılıb. Ali Məhkəmənin qərarı ilə Aydın Qəhrəmanova bəraət verilib. O, 9 il 6 ay sonra sonra 62 yaşında məhkəmə zalından birbaşa azadlığa buraxılıb.



             


Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər