Bütün xəbərlər
"Buta Golden" Atçılıq İdman Klubunun üzvü “ARAF Kuboku”nun qalibi olub
Tarix: 11-12-2017 15:57 | Bölmə: Cəmiyyət
Binə Atçılıq Mərkəzinin qapalı manejində bu ilin son konkur yarışı keçirilib.
“Report” xəbər verir ki, E, M* və S* kateqoriyaları üzrə təşkil olunmuş “ARAF Kuboku” turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.
Final mərhələsində 16 iştirakçının yer aldığı turnirin qalibi "Astrello" ləqəbli atla "Buta Golden" Atçılıq İdman Klubunun üzvü Yahor Morotski olub. “Omar” klubunun üzvü Ələkbər Məmmədov “Francescco” ləqəbli atla ikinci yeri tutub. “Elit” atçılıq klubunun çaparı Elmar Abdullayev isə “Cera 59” ləqəbli atla üçüncü yerə layiq görülüb.
Turnirlə bağlı təəssüratlarını “Report”a bölüşən "Buta Golden" Atçılıq İdman Klubunun baş məşqçisi Camal Tağıyev bildirib ki, konkur növü üzrə yarışlarda yeni olsalar da, iddialıdırlar. O, turnirin qalibi olan "Astrello" ləqəbli atı Rusiyadan gətirdiklərini söyləyib: “Astrello”nu ötən ilin mayında Rusiyadan gətirmişik. Rusiyanın 5 ən seçilmiş atından biri idi. Sağ olsunlar, rəhbərlik kömək etdi, gətirdik. Atla bərabər idmançını - Yahor Morotskini də kluba cəlb etdik. İlk yarışında maneə düşdüyü üçün cərimə xalı verildi və ikinci yeri tutub. Ancaq bu dəfə Azərbaycan Respublikası Atıcılıq Federasiyasının təşkil etdiyi “ARAF Kuboku”nun qalibi olduq. Yarışı təmiz qələbə ilə başa vurduq. Bu nailiyyətimizdə idmançının, məşqçini



Baxış sayı: 794


Bölməyə aid digər xəbərlər