19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
Bütün xəbərlər
Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi
Tarix: 10-07-2026 20:46 | Bölmə: Cəmiyyət

atasinin-olum-xeberini-alan-gemi-kapitani-vefat-etdi



Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.
“Qafqazinfo” ölkə.az-a istinadən xəbər verir ki, 52 yaşlı Əhmədov Elşən Nadir oğlu Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub.
O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. E.Əhmədov Azərbaycana qayıtmaq məqsədilə göyərtəni tərk edib.
Atasının yasında iştirak üçün vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Elşən Əhmədovun meyiti hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, mərhum Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı.



Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər
7-07-2026, 21:13 Uşaqlara atəş açıb