Bütün xəbərlər
Şəhid Müzəffər Ağəliyev yad olunub-FOTOLAR
Tarix: 24-10-2022 21:35 | Bölmə: Cəmiyyət
Baş redaktor Namiq MƏMMƏDLİ

   
    Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Müzəffər Ağəliyevin dəfn olunduğu gün keçirilib.
Ailə üzvüləri,əzizləri, doğmaları,ictimayyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər. Quran oxunub.
    Ağəliyev Müzəffər Vahid oğlu 1981-ci il dekabrın 30-da Sumqayıt şəhərində anadan olmuşdur. 1988–1999-cu illərdə H.Z.Tağyev qəhbəsəndə 19 Nömrəli tam orta məktəbdə təhsil almışdır. İki övladı yadigar qalıb.
    1 yanvar 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərxis olunduqdan sonra müxtəlif sahələrdə işləmişdir. 2006-cı il oktyabr ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olmuşdur. Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu kimi xidmətə başlamışdır. Ermənistanın Qarabağda təcavüzünə qarşı, aprel döyüşləri və Tovuz döyüşlərində iştirak etmişdir.
    Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu olan Müzəffər Ağəlıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli istiqamətlərində döyüşmüşdür. Oktyabrın 23-də Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

O,ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə","Cəsur döyüşçü"  medalları ilə təltif edilib.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az





























Baxış sayı: 475


Bölməyə aid digər xəbərlər