Bütün xəbərlər
Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər həbs edildi
Tarix: 23-10-2022 23:09 | Bölmə: Cəmiyyət

                      Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər həbs edildi


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - Vaqif Nadirov,  Ruslan Əhmədov və Mehman Süleymanov saxlanılıblar. Onların üzərinə  baxış keçirilən zaman güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.







Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər