22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Suraxanıda şəhidlərimizin anım günləri qeyd olunur - Fotolar
Tarix: 22-10-2022 03:26 | Bölmə: Cəmiyyət

                      Suraxanıda şəhidlərimizin anım günləri qeyd olunur




Suraxanı rayonunda 44 günlük Vətən nüharibəsi şəhidlərinin anım günləri qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Suraxanı Rayon Təşkilatının sədri, RİHB-nin müavinləri və şöbə müdirləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olan Məmmədov Mahir Ağasəlim oğlunun bulaq-abidə kompleksini və ailə üzvlərini ziyarət ediblər.
Onlar Kırxlarov Nazim Nadir oğlunun məzun olduğu 226 nömrəli tam orta məktəbdə keçirilən anım tədbirinə qatılıb, eləcə də Qəhrəmanov Orxan Sərvər oğlunun məzarı önündə əziz xatirəsini anaraq RİH tərəfindən təşkil olunan ehsan süfrəsində iştirak ediblər.
Mərasimlərdə RİH başçısı Əziz Əzizov vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyib.
O bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik













Baxış sayı: 318


Bölməyə aid digər xəbərlər