22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Şəhid Fərhad Fərhadlının ikinci ildönümü qeyd olunub-VİDEO+FOTOLAR
Tarix: 20-10-2022 23:59 | Bölmə: Cəmiyyət
Baş redaktor Namiq MƏMMƏDLİ

   Sumqayıtda "Büllur" mərasim evində şəhidlik zirvəsinə ucalmış Fərhad Fərhadlının ikinci ildönümü qeyd olunub.
   Tədbirdə şəhid ailələri,qazilər,ictimayyət nümayəndələri iştirak ediblər.
Oxuduğu məktəbin şagirdləri onu ziyarət ediblər. Onlardan biri şeir söyləyib.
     

    Fərhad Vüqar oğlu Fərhadlı 8 dekabr 1993-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2011-ci ildə Sumqayit şəhər 12№ li orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BBA fakultəsinin Menecment ixtisası üzrə təhsil almağa başlamışdır. 2015- ci ildə Universiteti bitirib, 2016-ci ildə Hərbi xidmətə yollanmışdır. Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsilini almışdır. İş həyatına Gilan Holdinqdə başlayıb, sonra isə Kapital bankda davam etmişdir.
     Fərhad Fərhadlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. 20 oktyabr Cəbrayıl uğrunda gedən döyüş zamanı yaralı daşıyan sırada

şəhid olur.

             



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
   

     Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 21.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az















Baxış sayı: 401


Bölməyə aid digər xəbərlər