22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Şəhidin müəllimi: "Elçin söz vermişdi ki,Qarabağı azad edəcək, üzərimizdə olan ləkəni təmizləyəcək"
Tarix: 17-10-2022 23:55 | Bölmə: Cəmiyyət
Baş redaktor Namiq MƏMMƏDLİ

                       
    Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Elçin Hüseynovun dəfn olunduğu gün qeyd olunub.
    Tədbirdə şəhid ailələri, qazilər, ictimayyət nümayəndələri,Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi iştirak ediblər.
Sumqayıt Dövlət Texniki Kollecinin şöbə müdiri, şəhidin müəllimi Samiddin Qasımov onunla bağlı xatirələrini danışıb. 
    Elçin Hüseynov 1992-ci il sentyabrın 9-da Bakı şəhərində anadan olub.Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhəri 9 saylı tam orta məktəbində başlayıb. 2012-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin gömrük işi fakultəsini bitirib. Evin ilk oğlu idi. Subay idi.

                         
                          
    2012-ci ildə hərbi xidmətə yollanan Elçin 2014-cü ildə xidmətini başa vurub. Elə həmin ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin Bakı korpusunun,müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq snayper kəşfiyyat vəzifəsində xidmətə başlayıb. Elçin 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq ön cəbhəyə yollanması barədə

                         
                          

komnadanlığa müraciət edib. Komandanlıq onun müraciətini nəzərə alaraq onu "N" saylı hərbi hissəyə köçürür. Elçin Hüseynov 2020-ci il sentyabrın Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində döyüşərək,yaralanır.

                          
                          


Yaralansada döyüşə davam etmiş,"Mübariz" postundan digər posta adlayarkən qəhrəmancasına həlak olmuşdur.

                         
                         


17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az






























Baxış sayı: 360


Bölməyə aid digər xəbərlər