22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Emil Əliyevin şəhid olduğu günlə bağlı keçirilən tədbirdən-VİDEO+FOTOLAR
Tarix: 14-10-2022 23:07 | Bölmə: Cəmiyyət
Baş redaktor Namiq MƏMMƏDLİ


Sumqayıt şəhərində "Nicat" restoranında şəhidlik zirvəsinə ucalmış Emil Əliyevin şəhid olduğu gün  keçirilib.
    Şəhid ailələri, qazilər,ictimayyət nümayəndələri,jurnalistlər şəhidin məzarını ziyarət ediblər.
    Sonra tədbir ehsan süfrəsi arxasında davam etdirilib.

  Məttahlar tədbirdə ilahi mahnılar oxuyublar. 

                         
Emil Əziz oğlu Əliyev 1993-cü il avqustun 1-i Sumqayıt şəhərində anadan olmuşdur. 2000–2011-ci illərdə Sumqayıt şəhərində yerləşən Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbində təhsil almışdır. Həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika fakültəsinə daxil olmuşdur. 2015-ci ildə isə həmin universiteti bitirib, müddətli hərbi xidmətə yollanmışdır. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmiş və böyük şücaət göstərmişdir. Hərbi xidməti bitirdikdən sonra 2016–2017-ci



illərdə Sumqayıt şəhərində yerləşən Ən Ucuz Marketlər şəbəkəsinin 17-ci mikrorayonda yerləşən Ən Ucuz Ticarət mərkəzində mühafizəçi vəzifəsində işə başlamışdır. Öz istiqanlığı və hörməti ilə tez bir zamanda işlərində uğurlar qazanaraq daha yüksək vəzifələrə qalxmışdır. Ən son Sumqayıt şəhəri 22-ci məhəllədə yerləşən Ən Ucuz Göyçay marketdə müdir müavini vəzifəsində çalışmışdır.


                         

Emil Əliyev 2020-ci il, sentyabrın 21-i Səfərbərlik tərəfindən könüllü hərbi xidmətə çağrılıb. 27 sentyabr 2020-ci il tarixində isə, İkinci Qarabağ Müharibəsinin iştrakçısı olmuşdur. Müxtəlif istiqamətlərdə döyüşlərə qatılan Emil Əliyev, ən son 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərmiş və şəhidlik zirvəsinə uçalmışdır.
Emil Əliyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir.

O,ölümündən sonra  "Vətən uğrunda" medalı,"Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Namiq Məmmədli
Sabaha-inamla.az














































Baxış sayı: 551


Bölməyə aid digər xəbərlər