22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Sumqayıtda “Sağlam gənclik naminə - Narkomaniyaya yox deyək!“ adlı görüş keçirildi
Tarix: 13-10-2022 20:22 | Bölmə: Cəmiyyət

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsi və 2 saylı Regional “ASAN” Xidmət mərkəzinin birgə təşkilatçılığı ilə könüllülər üçün “Sağlam gələcək naminə - Narkomaniyaya yox deyək!“ adlı maarifləndirici xarakterli görüş keçirilmişdir.
Görüşün keçirilməsində məqsəd yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixatrop maddələrin mənfi təsiri ilə bağlı bilikləndirmək və bu sahədə davranışlarını təkmilləşdirməkdir.
Tədbirdə millət vəkili Müşfiq Məmmədli, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, 2 saylı Regional ASAN Xidmət mərkəzinin direktoru Tural Məmmədov və şəhər Polis İdarəsinin əməkdaşı Asudə Əliyeva çıxış edərək Respublikamızda narkomaniya və narkobizneslə mübarizənin ən üst səviyyədə aparıldığını bildirmiş, şəhərimizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizədən, bu bəlanın qarşısının alınması istiqamətində irəli gələn vəzifələrdən danışmış, qabaqlayıcı əməli-profilaktik tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini qeyd etmişlər.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılmış, videoçarx nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.
Sabaha-inamla.az











Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər