Bütün xəbərlər
Ermənilərin basdırdığı minalar zərərsizləşdirildi
Tarix: 26-09-2022 23:38 | Bölmə: Cəmiyyət

          Ermənilərin basdırdığı minalar zərərsizləşdirildi



Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.






Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər