Bütün xəbərlər
Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir
Tarix: 22-09-2022 20:39 | Bölmə: Cəmiyyət

                    Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir



Məhkumlara videogörüşlər keçirmək hüququ verilir.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bildirilib. 
Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı deputat Nizami Səfərov arayış verərək bildirib ki, sənəd məhkumlara videogörüşlər keçirmək hüququn verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.


Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər