20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Cavanşir Quliyev 19 ildən sonra birdəfəlik Azərbaycana qayıtdı
Tarix: 22-09-2022 20:22 | Bölmə: Cəmiyyət

                     Cavanşir Quliyev 19 ildən sonra birdəfəlik Azərbaycana qayıtdı


Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı feysbukda bildirib.
“Cavanşir Quliyev 19 ildən sonra birdəfəlik Azərbaycana qayıtdı”, - o yazıb.
C. Quliyev məlumatı saytımıza təsdiqləyib. 
Qeyd edək ki, C. Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir.



Baxış sayı: 418


Bölməyə aid digər xəbərlər