Bütün xəbərlər
Səfirliyimizə hücuma görə 8 nəfər saxlanıldı - Video
Tarix: 05-08-2022 01:02 | Bölmə: Cəmiyyət

                  Səfirliyimizə hücuma görə 8 nəfər saxlanıldı



Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edən bir qrup radikal dini dəstənin üzvləri saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb. Bu barədə London polisi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.
“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.


           


Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər