Bütün xəbərlər
Deputat və icra başçısı şəhidlərin ailəsini ziyarət ediblər
Tarix: 28-04-2022 22:10 | Bölmə: Cəmiyyət

Milli Məclisin Ucar rayonundan olan deputatı Jalə Əliyeva bu gün Ucar rayonunun Lək və Bərgüşad kəndlərində Ucar rayon İcra Hakimiyətinin başçısı Mənsur Məmmədovla birlikdə qəhrəman şəhidlərimizdən Cəbrayılov Xəyal Rafiq oğlunun, Süleymanov Səbuhi Ələkbər oğlunun, Mehtili Niftalı Knyaz oğlunun, Qəfərli Samir Möhlət oğlunun, Məmmədli Şaxı Elman oğlunun ailələrini qarşıdan gələn Ramazan bayramı münasibətilə ziyarət edib, problemləri ilə maraqlanıb, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyiblər. Eyni zamanda şəhid Süleymanov Səbuhi Ələkbər oğlunun ölkə prezidentinin sərəncamıyla təltif edildiyi "Şuşanın azad edilməsinə görə" və "Döyüşdə fərqlənməyə görə" medallarını ailəsinə təqdim ediblər.
Sabaha-inamla.az


































Baxış sayı: 458


Bölməyə aid digər xəbərlər