Bütün xəbərlər
Qazi atası: Azərbaycanda olan dövlət qayğısını Türkiyədə də hiss edirik
Tarix: 02-01-2022 01:58 | Bölmə: Cəmiyyət


Daşaltının azad olunması istiqamətində gedən döyüşlərdə yaralanan qazı oğlum Oğuz Nəzərlinin Ankarada müalicəsi uğurla davam edir. Sağlamlığının bərpasında yaxşılaşma var. Azərbaycanda olan dövlət qayğısını Türkiyədə də hiss edirik. Sanki Azərbaycanda öz vətənimizdəyik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ikinci Qarabağ müharibəsinin qəhrəman döyüşçüsü qazi Oğuz Nəzərlinin atası Azər Nəzərli bildirib.
Ümummilli lider Heydər Əliyevinin “Bir millət, iki dövlət!” şüarının xatırladan qazi atası bildirib ki, ehtiyac olarsa qazi oğlum ilə bərabər müqəddəs Vətənin keşiyində dayanmağa hazırıq.
Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm sağlamlıq arzu edən, Yeni il münasibətilə xoş arzularını çatdıran Azər Nəzərli deyib: “Qazi atası olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan çox razıyıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk qardaşlarımıza Ankarada göstərilən qardaşlıq münasibətinə görə, minnətdarıq. Əminəm ki, türk həkimlərin səyi nəticəsində qazı oğlum Oğuz sağalaraq vətənə dönəcək. Oğuz mənən sağlam və gümrahdır. Çünki o vətənimizin azadlığı yolunda qanını axıdıb. Var olsun Azərbaycan! Var olsun Azərbaycan-Türkiyə qardaşlığı”.

 




Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb