Bütün xəbərlər
Polisin həlak olduğu qəzadan görüntülər - Foto
Tarix: 24-11-2021 14:23 | Bölmə: Cəmiyyət

                     Polisin həlak olduğu qəzadan görüntülər


Daxili İşlər Nazirliyi Gəncə şəhərində polis əməkdaşının xidmət zamanı həlak olması ilə bağlı açıqlama yayıb.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat  Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.
Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.
Məlumata görə, polis avtomobili İcbari Tibbi Sığorta xidməti göstərən ofisə çırpılıb.








Baxış sayı: 562


Bölməyə aid digər xəbərlər