Bütün xəbərlər
Bakıda kürəkən qayınata və qayınanasını yandırdı
Tarix: 20-09-2021 12:09 | Bölmə: Cəmiyyət

                     Bakıda kürəkən qayınata və qayınanasını yandırdı


Bakıda kürəkən qayınata və qayınanasını yandırıb.
Nəsimi rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonu ərazisində, yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə kişi və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər