Bütün xəbərlər
DGK Seçki Komissiyasının məlumatını YAYDI
Tarix: 17-09-2021 00:12 | Bölmə: Cəmiyyət

                    DGK Seçki Komissiyasının məlumatınıYAYDI



Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılan Seçki Komissiyası məlumat yayıb. 
Unikal.org  xəbər verir ki, 02.09.2021-ci il tarixdən 11.09.2021-ci il tarixə qədər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda iştirak edəcək təmsilçilərin (seçici) qeydiyyatı aparılmışdır. Həmin təmsilçilərin (seçici) siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilər: 
https://customs.gov.az/modules/pdf/pdffolder/108/FILE_0CD94A-37A52F-4A27CD-3B8EC6-850AFC-9EBA65.pdf
 Xatırladırıq ki, Seçki Komissiyasının qərarı ilə Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin sayı 13 nəfər müəyyən edilmiş və İctimai Şuraya namizədliyi irəli sürülmüş vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 23 nəfərin namizədliyi qeydə alınmışdır. “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.9-cu bəndinə əsasən səsvermədə iştirak edəcəklərin yarıdan çoxunun səsini toplamış şəxslər ictimai şuranın tərkibinə seçilmiş hesab olunacaqlar. 
 Bir daha xatırladırıq ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda 21.09.2021-ci il tarixdə saat 09:00-dan 16:00-dək Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində (Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küç, 4a) gizli səsvermə yolu ilə seçiləcəkdir. Təmsilçilər (seçicilər) səsvermə günü şəxsiyyət vəsiqələrini Seçki Komissiyasına təqdim etməklə birgə yığıncaqda iştirak edə bilərlər. 


Baxış sayı: 384


Bölməyə aid digər xəbərlər