Bütün xəbərlər
168 nəfəri restorana buraxan icarədar məhkəməlik oldu
Tarix: 25-07-2021 13:43 | Bölmə: Cəmiyyət

                  168 nəfəri restorana buraxan icarədar məhkəməlik oldu


Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən reydlər nəticəsində rayon ərazisində yerləşən "Xəyal" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin "Qafqazinfo"ya verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə adı çəkilən sarayda keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda - 168 nəfər qonağın iştirak etməsi müəyyən edilib.
Toy sahibi və qonaqlarla izahedici söhbətlər aparılıb, qayda pozuntusuna yol verən obyektin icarədarı R.Fətəliyev barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.


Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər