Bütün xəbərlər
Deputat Şuşa səfərindən yazdı
Tarix: 13-05-2021 01:18 | Bölmə: Cəmiyyət


Milli Məclisin deputatı Ceyhun Məmmədov  Şuşada “Xarıbülbül” festivalında iştirak edib. O səfəri barədə sosial şəbəkədə yazı paylaşıb. Sabaha-inamla.az deputatın paylaşmasını diqqətə çatdırır:

"Bu gün bir qrup deputat həmkarımızla Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun təşkil etdiyi “Xarıbülbül” festivalında iştirak etdik. Şuşada olmaq, bu möhtəşəmliyi görmək və hiss etmək ayrı xoşbəxtlik idi. Prezident İlham Əliyevin konseptual çıxışı tədbirə ayrıca rəng qatdı. Ölkəmizdə yaşayan müxtəlif xalqların rəqs ansambllarının ifası Azərbaycan multikulturalizminin dərin köklərindən xəbər verirdi. Şuşada yeni məscidin təməlinin qoyulması həm də Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə sıx bağlılığın göstəricisidir. İmkan olsa, səfər barədə təəssüratlarımı sabah daha geniş bölüşəcəm".
Sabaha-inamla.az
















Baxış sayı: 372


Bölməyə aid digər xəbərlər