Bütün xəbərlər
Prezidentlə otel işçisi arasında maraqlı dialoq - Video
Tarix: 13-05-2021 00:20 | Bölmə: Cəmiyyət

                     Prezidentlə otel işçisi arasında maraqlı dialoq


Xəbər verdiyimiz kimi, ötən gün Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub.
"Qafqazinfo"nun məlumatına görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı oteldə yaradılan şəraitlə tanış olan zaman Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov qeydiyyat şöbəsində çalışan xanımın Şuşadan olduğunu bildirib.
Bu zaman ölkə başçısı Şuşadakı oteldə şuşalı birinin çalışmasını müsbət qarşılayıb. Daha sonra Prezident otelin işçisi arasında maraqlı dialoq yaranıb.
Həmin anın videosunu təqdim edirik:

              


Baxış sayı: 540


Bölməyə aid digər xəbərlər