Bütün xəbərlər
Xalidə Bayramova işdən çıxarıldı
Tarix: 06-05-2021 19:16 | Bölmə: Cəmiyyət

                      Xalidə Bayramova işdən çıxarıldı


Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.
Bu barədə “Qafqazinfo”ya İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.
O bildirib ki, X. Bayramova icra başçısı Vüqar Zeynalovun əmri ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Xalidə Bayramova 2007-ci ildən etibarən Səbail Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsini icra edirdi.
Bu məqamda bildirək ki, ötən gün “Qafqazinfo”da “Xalidə Bayramova vəzifəsindən niyə azad olunmur?” başlıqlı yazı dərc olunub. Sözügedən məqalədə X. Bayramovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı faktlar yer alıb.


Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər