23:29 / 24-02-2021
Gürcüstanda daha bir istefa
Koronavirus xəstəsi olan FHN zabiti evini tərk etdi - Cinayət işi başlanıldı
Tarix: 23-02-2021 13:04 | Bölmə: Cəmiyyət

                     Koronavirus xəstəsi olan FHN zabiti evini tərk etdi- Cinayət işi başlanıldı



Koronavirus infeksiyasına yoluxduğu halda yaşayış yerini tərk etmiş vəzifəli şəxs barəsində cinayət işi başlanıb.
Unikal.org-un məlumatına görə, Fövəqladə Hallar Nazirliyinin baş zabiti Rəhimbəyli Rüfət Əli oğlu aktiv koronavirus xəstəsi olduğu halda yaşayış yerini icazəsiz tərk edib. Hüquq - mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində R. Rəhimbəyli ictimai yerdə aşkar edilərək evinə qaytarılıb. Onun barəsində Cinayət Məcəlləsinin 139 - 1. 1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Prosesə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq. İş üzrə məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər