Bütün xəbərlər
Ruhi xəstəni zəncirləyən market sahibi həbs edildi - Video
Tarix: 18-02-2021 16:42 | Bölmə: Cəmiyyət

                     Ruhi xəstəni zəncirləyən market sahibi həbs edildi


Mağazadan icazəsiz su içən şəxsi zəncirləyən market sahibi Rahib Lətifov həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paytaxtın Sabunçu rayonunda yaşayan ruhi-əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxsi marketdən bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə zəncirləyən həmin marketin sahibi Rahib Lətifov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, məhkəmənin qərarı ilə inzibati qaydada 30 sutka həbs olunub.
R. Lətifov əməlindən peşman olduğunu bildirib.

             


Baxış sayı: 292


Bölməyə aid digər xəbərlər