Bütün xəbərlər
Azərbaycandan Gürcüstana gedənlərdən vaksin sənədi tələb edilir - Siyahı
Tarix: 17-02-2021 13:48 | Bölmə: Cəmiyyət

                    Azərbaycandan Gürcüstana gedənlərdən vaksin sənədi tələb edilir


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlərin siyahısını yayıb. 
“Qafqazinfo” həmin siyahını təqdim edir:
1. Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslər uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi. (Rusiyaya üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur). 
2. Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir. 
3. Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir. 
Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən Səfirliklərinə (Konsulluqlarına) müraciət etməlidir.


Baxış sayı: 333


Bölməyə aid digər xəbərlər