Bütün xəbərlər
Baku TV-nin işıqlandırdığı problem öz həllini tapdı – VİDEO
Tarix: 12-02-2021 00:11 | Bölmə: Cəmiyyət


Abşeron rayonunda yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli orta məktəbin həyətinə axıdılan qanlı çirkab su dayandırılıb.
Bir neçə gün öncə Baku TV əməkdaşları həmin məktəbdə çəkiliş edib.
Müəllimlər məktəbin həyətinə axıdılan qanlı çirkab suların anti-sanitar vəziyyət yaratmasından şikayətlərini bildiriblər. 
Bu gün isə bu məsələ öz həllini tapıb. 
Çəkilişdən sonra Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri bura gələrək, məktəbin hərətinə çirkab su axıdan ət kəsim məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Daha ətraflı Baku TV-nin süjetində:

            


Baxış sayı: 356


Bölməyə aid digər xəbərlər