Bütün xəbərlər
Qarabağın bərpası ilə bağlı işlərə onlar da cəlb olunacaq
Tarix: 22-01-2021 13:40 | Bölmə: Cəmiyyət

                 Qarabağın bərpası ilə bağlı işlərə onlar da cəlb olunacaq


İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin, ətraf mühitə və təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsi, bərpa planlarının dəqiqləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüş keçirilib.
ETSN-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə işğaldan azad olunmuş ərazilərimizdə təbiətə qarşı ekoloji cinayətlərin həyata keçirilməsi, təbii sərvətlərə vurulmuş ziyanın hesablanması, mövcud yataqların istismar vəziyyətinin qiymətləndirilməsi və bərpası istiqamətində görüləcək işlərə Şura üzvlərinin cəlb olunacağı vurğulanıb.
Qarabağ bölgəsinin zəngin və füsunkar təbiətinin yenidən bərpası məsələlərində Şura üzvlərinin fəal iştirakının vacibliyi qeyd olunub.


Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər