Bütün xəbərlər
SMS-icazə ləğv olundu
Tarix: 18-01-2021 00:22 | Bölmə: Cəmiyyət

                     SMS-icazə ləğv olundu


Bu gündən Azərbaycanda yaşayış yerini tərk etmək üçün tətbiq edilən icazə sistemi ləğv edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.


Baxış sayı: 330


Bölməyə aid digər xəbərlər