Bütün xəbərlər
Dövlət Komitəsinin sədr müavini: "Azərbaycanda qeyri-rəsmi nikahlardan hər il 2 minə yaxın uşaq doğulur"
Tarix: 23-05-2018 11:45 | Bölmə: Cəmiyyət

                          Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən çox alimentlərlə bağlı müraciətlər daxil olur

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən çox alimentlərlə bağlı müraciətlər daxil olur. Cüzi miqdarda olan alimentin verilməsi problemə çevrilir. Məişət zorakılığı ilə bağlı da müraciətlər daxil olur”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Sədaqət Qəhrəmanova deyib.
O qeyd edib ki, boşanan ailələrin təməli düzgün qoyulmur: “Dövlət komitəsi olaraq maarifləndirmə tədbirləri keçiririk. Boşanmaların sayı artırsa, bu, problemdir. Azərbaycanda qeyri-rəsmi nikahlardan hər il 2 minə yaxın uşaq doğulur. Düzdür, 10 il bundan öncə bu rəqəm daha böyük idi. Erkən nikahla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir”.



Baxış sayı: 870


Bölməyə aid digər xəbərlər