Bütün xəbərlər
Könül Xasıyeva: “Hazırda müalicə olunuram və özümü yaxşı hiss edirəm”
Tarix: 08-05-2018 18:49 | Bölmə: Cəmiyyət

                         

“Hazırda müalicə olunuram və özümü yaxşı hiss edirəm”.
Bunu “Report”a açıqlamasında xeyli müddətdir səhhətində problemlər olan xalq artisti Könül Xasıyeva deyib. 
O, səhhəti ilə bağlı həqiqətə uyğun olmayan xəbərlərin yayılmasından narazılığını bildirib: "Artıq iki dəfə ölüm xəbərim yayılıb. İki dəfə keçdim, görməzdən gəldim. Amma bir daha belə olmayacaq. Əgər haqqımda bir daha əsassız xəbər yayılarsa, bununla bağlı müvafiq orqanlara müraciət edəcəm. Qanunlarla idarə olunan dövlətdə yaşayırıq. Bundan sonra məsələni hüquqi müstəvidə həll edəcəm".
Xalq artistinin sözlərinə görə, hazırda özünün və oğlu Kazımın müalicəsi davam edir: "Hər şey qaydasındadır”.
Qeyd edək ki, Könül Xasıyeva sinir ağrılarından əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb və hazırda ev şəraitində müalicəsi davam edir.




Baxış sayı: 781


Bölməyə aid digər xəbərlər