Bütün xəbərlər
Bakıda şok hadisə - Görüşə çağırdığı "sevgilisi" arvadı çıxdı
Tarix: 18-04-2018 13:35 | Bölmə: Cəmiyyət

   alt

 Bakıda baş verən qəribə boşanma hadisəsi məhkəmə heyətini şoka salıb.
Uzun müddət ailəli olan cütlük birdən-birə boşanmaq qərarına gəliblər. Boşanma səbəbi isə eşidənləri təəcübləndirib. 
"Hər ikisi təhsilli olsalar da uşaqlara görə xanım işləməyib. Müəyyən vaxtdan sonra kişinin qazancının az olmasına görə ailədə maddi sıxıntılar başlayır. Arvad dəfələrlə işləmək istədiyini desə də ər buna razılıq vermir. Deyir ki, uşaqlar böyüsün, sonra. Ancaq arvad hər gün evdə olduğuna görə sıxılır, sosial şəbəkənin kömək olacağını düşünüb ondan istifadə etməyə başlayır. Aydın məsələdir ki, dostluq təklifləri qadına "hücum" çəkir, bunu gözləyən arvadsa hər birini müsbət cavablayır.
 Dost olduğu bir kişiylə 2-3 ay yazışır, ancaq virtual tanışlıqdan sıxılan «dost»lar bir-birlərini görməkçün görüş təyin edirlər.

"Gənclik Mall"da görüşəcəkdilər.
Sən demə, bu arada kişi də maddi sıxıntılardan, arvadının soyuq münasibətindən sıxılır və arvadının daha cəld tərpəndiyindən xəbərsiz ər də eyni cür davranır, sosial şəbəkəyə «xilaskar» kimi baxır.
Çoxlu xanımlarla tanış olan ər bir xanıma xüsusi maraq göstərir, xasiyyətinin xoş olduğunu görür və onunla görüşmək qərarına gəlir. "Dost"lar bir-birlərini görməkçün görüş təyin edirlər.
"Gənclik Mall"da görüşəcəkdilər.
Ər və arvad "xəyanət"ə tələsirlər, görüş yerinə gəlirlər, ər arvadını həmin yerdə görür. Kişi elə fikirləşir ki, yəqin həyat yoldaşı onu izləyirmiş, ona görə gizlənir, bir müddət gözləyir.
Gözlədiyi xanıma yazır ki, haradadır, nə geyinib… 
Xanım görüş yerində olduğunu yazır, nə geyindiyini deyir. Geyiminin arvadıyla eyni olduğunu görən ər arvadının yaxınlığına gedir və xanıma yenə mesaj yazır. Ər bildirişin öz arvadının telefonundan gəldiyini görür. Gerisini isə siz təsəvvür edin.
Hazırda həmin ailənin boşanma işi məhkəmədir. Ortada qalan isə iki körpə oldu.
Topxeber.az



Baxış sayı: 1 065


Bölməyə aid digər xəbərlər