10:06 / 17-10-2026
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
Döyülən zamin - Qalib İBRAHİMOĞLU
Tarix: 14-11-2017 16:59 | Bölmə: Yazarlar

Əvvəllər bankdan kredit götürənlərə zamin durmağa nə varıydı? Adam vaxtlı-vaxtında borcunu qaytarır, bank da nə onu, nə də elə zamin kimi səni narahat edirdi. Amma indi...
Bir neçə gün əvvəl bankdan kredit götürən bir nəfərə zamin duran qadının həbsindən yazmışdım. Demişdim ki, belə getsə, heç kəs heç kəsə zamin durmayacaq. Dünən oxuduğum xəbərdən sonrasa bu fikrimdə əminlik yarandı.
Tovuzda qadın kredit üstə döyülüb. Yəqin, düşünəcəksiniz ki, həmin qadın bankdan kredit götürüb, dollar da ceyran belinə minəndən sonra adam borcunu qaytara bilməyib. Həmin qadın da banka gedərək, bunu ordakılara demək istəyib, bank işçiləri ilə sözü çəp gəlib və döyülüb. Tələsməyin, hadisə elə olmayıb.
Təbii ki, qadının döyülməsində təqsirkar elə bankdır. Hadisə də Tovuzun Alakol kəndində baş verib. Belə ki, kənd sakini, 1950-ci il təvəllüdlü Hüseynova Qüdrət Annağı qızı qapalı kəllə beyin travması ilə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Q.Hüseynova qonşusu tərəfindən döyülüb. Demə, Q.Hüseynovanın qonşusu bankların birindən kredit götürmək istəyərkən, "yaxın qonşu uzaq qohumdan irəlidir" prinsipiylə qonşusundan ona zamin durmasını xahiş edib. Q.Hüseynova da "qonşu yaxşı gündə də, dar gündə də qonşu olmalıdır" deyərək, ona zamin dayanıb. Bir müddətdən sonra qonşu banka olan borcunu ödəməyib və nəticədə də bank zaminin maaş kartından həmin məbləği tutub.
"İsinmədim istisinə, kor oldum tüstüsünə" buna deyərlər. Pul götürən, xərcləyən qalıb bir qıraqda, onun borcunu mən niyə ödəyim, axı? Elə Q.Hüseynova da bu sualı öz-özünə verə-verə qonşugilə gedib. Hal-əhvaldan sonra baş verənləri danışıb qonşusuna və axırda da deyib ki, bəs ay qonşu, o pulu ver. Güman ki, qonşu da "borcu verə bilsəydim, elə banka ödəyərdim də" deyərək, bundan boyun qaçırıb. Belə olanda kredit götürənlə zamin, yəni qonşular arasında mübahisə yaranıb və... Və kredit götürən zamini xüsusi amansızlıqla döyüb. Nəticədə qadın zərbələrdən qapalı kəllə beyin travması alıb və komaya düşüb.
Hazırda xəstəxanada olan qadının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Bankdan götürülən kredit, qaytarılmayan borc gor qonşularını bir-birinə düşmən etdi. Allaha and olsun, bundan sonra qardaş qardaşa belə zamin durmağa ehtiyat edəcək ki, birdən qardaşı krediti qaytara bilməz və Tovuzda baş verən hadisə onların da başına gələr.
Nəsə, şükür ki, nə kiməsə zamin dayanmışam, nə də kimsə mənə zamin durub...
Baxış sayı: 5 319
Bölməyə aid digər xəbərlər

24-09-2023, 01:27
Heydər Əliyev və gömrük sistemində islahatlar-Namiq MƏMMƏDOV
7-09-2023, 23:28
Baydenin yerini tutmağa hazır olduğunu dedi
4-04-2020, 02:34
"Kaş insanın rastına həmişə bu cür alicənab dostlar çıxa"-JURNALİST ƏMRAH FƏQANOĞLU YAZIR
25-11-2017, 14:07
Vaxt itkisi - Qalib İBRAHİMOĞLU
15-11-2017, 21:42
Üzə tüpürmək asandır, yoxsa sözə?...NAMİQ HƏSƏNOV YAZIR...
15-11-2017, 09:46
Mətanət ƏLİYEVA - Bakı və Cocuq Mərcanlı
14-11-2017, 16:59
Qalib İBRAHİMOĞLU - Döyülən zamin - Qalib İBRAHİMOĞLU