Dadaşovdan Xəzər TV-nin rəhbəri kimi ilk açıqlama - Video
Tarix: 06-03-2020 11:42 | Bölmə: Mədəniyyət

                Dadaşovdan Xəzər TV-nin rəhbəri kimi ilk açıqlama

“Hamımız başa düşürük ki, medianın inkişafında, qurulmasında, auditoriya qazanmaqda sərhəd yoxdur”. 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xəzər Media Mərkəzinə yeni direktor təyin  olunan Xalq artisti Murad Dadaşov deyib.
O, dünən kanalın kollektivi ilə görüşü zamanı tövsiyələrini verib, kanalın daha da uğur qazanması üçün çalışacağını söyləyib: “Bildirmək istəyirəm ki, burada əyləşən tanınmış simalar, kadrarxasında əyləşən insanlar var. Kifayət qədər uğur qazanıblar. Bu gün Xəzər TV-nin öz auditoriyası var”.
                       


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər
29-02-2020, 11:16 Xalq artisti vəfat etdi