Bütün xəbərlər
Prezident “ASAN Həyat” kompleksinin açılışında
Tarix: 04-03-2020 16:05 | Bölmə: Manşet

                  Prezident “ASAN Həyat” kompleksinin açılışında

Prezident İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat veriblər.
Prezident kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.
Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb. İlham Əliyev görüşdə çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.


Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər