16:17 / 28-02-2020
Virusdan necə qorunmaq olar?
MSK sabah toplanır: Daha bir neçə dairədən şikayətlərə baxılacaq
Tarix: 15-02-2020 00:01 | Bölmə: Karusel
MSK sabah toplanır: Daha bir neçə dairədən şikayətlərə baxılacaq

Fevralın 15-də saat 14:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
Bu barədə Qaynarinfo-ya MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib. 
İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticələri ilə bağlı deputatlığa namizədlərin müraciətlərinə baxılacaq.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 4 seçki dairəsi üzrə nəticələr ləğv edilib. Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər
25-02-2020, 18:58 Ərdoğan Bakıda - Foto
24-02-2020, 03:18 Ersun Yanal istefa verdi
22-02-2020, 15:18 Vasif Talıbovdan TƏYİNAT