02:57 / 08-04-2020
Ronaldinyo həbsdən çıxdı
Hakimi söyən Cavid Hüseynova ağır cəza - VİDEO
Tarix: 18-02-2020 14:06 | Bölmə: Cəmiyyət



Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarında qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.
“Qarabağ”la görüşün 67-ci dəqiqəsində baş hakim Rəhim Həsənovu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Zirə”nin kapitanı Cavid Hüseynova dörd oyunluq cəza, klubuna 3200 manat cərimə kəsilib (həmin epizoda 4:40-cı dəqiqədən etibarən baxa bilərsiniz).
“Səbail” – “Qəbələ” matçında qırmızı vərəqə alan qonaqların ispaniyalı yarımmüdafiəçisi Fernan Lopes qarşıdakı bir turu buraxacaq. “Qəbələ” isə 200 manat məbləğində cərimələnib.
“Neftçi” – “Keşlə” qarşılaşmasında birincilərin beş futbolçusu, “Sumqayıt” – “Sabah” görüşündə isə ikincilərin dörd üzvü sarı vərəqə alıb. Bu üzdən adıçəkilən klublar 800 manat ziyana düşüb.
Bundan başqa, I divizionda çıxış edən komandalar da cəzalandırılıb. 
“Zirə-2” komandası “Sabah-2” ilə matçın ikinci hissəsində paltardəyişmə otağını gec tərk edib. Meydan sahibi komanda beş dəqiqə gecikdiyi üçün 80 manat məbləğində cərimə olunub. Oyunda azarkeşlər üçün tibbi xidmət təşkil edilmədiyi üçün “Zirə-2” daha 80 manat ödəməli olacaq. 
“Sabah-2” isə elektron protokolu vaxtında təqdim etməməsi ilə əlaqədar 80 manat ödəyəcək. 
“Neftçi-2” – “Sumqayıt-2” matçında elektron əvəzetmə tabloları işləməyib və diktor olmayıb. Bu isə “Neftçi”yə 80 manat cərimə bahasına başa gəlib. 
“Kəpəz” – “Keşlə-2” qarşılaşmasında xərək daşıyanların yaşı 18-dən aşağı olub. Bölgə təmsilçisi elektron protokolu da vaxtında təqdim etməyib və topdaşıyan şəxslərin sayı əsasnamədə qeyd olunandan az olub. “Kəpəz” hər bir çatışmazlığa görə 80 manat ödəyəcək.

                  



Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər
6-04-2020, 17:01 Akif Çovdarov əfv edildi
1-04-2020, 20:19 Başsağlığı