Bütün xəbərlər
Dənizdə neft ləkəsi aşkar edilib
Tarix: 08-10-2024 23:57 | Bölmə: Sosial

Qara dənizdə Tuapse yaxınlığında neft sızması baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti bu barədə Cənub Nəqliyyat Prokurorluğuna istinadən xəbər verir.
"Bu gün Qızıl-Dərə kəndinin sahilində neft məhsulları aşkar edilib", - məlumatda deyilir.
Cənub Federal Dairəsi üzrə Mərkəzi Laboratoriyanın əməkdaşları su nümunələri götürüblər.
Neftin sızmasının mənbəyi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı Cənub Nəqliyyat Prokurorluğu araşdırmalara başlayıb. Onun nəticələrinə əsasən cavab tədbirləri məsələsi həll olunacaq.
Tuapse bölgəsində yüksək hazırlıq rejiminin tətbiqi ilə bağlı məlumatlar da ortaya çıxıb.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər