Bütün xəbərlər
Pulsuz rus taxılı olan ilk gəmilər Afrikaya göndərildi
Tarix: 22-11-2023 20:42 | Bölmə: Sosial

Rusiya prezidenti Vladimir Putin bildirib ki, pulsuz taxıl daşıyan ilk gəmilər Afrikaya yollanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, G20 onlayn sammitində çıxış edən dövlət başçısının vurğuladığına görə, Rusiya ərzaq və enerji təhlükəsizliyi sahəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və ən böyük ərzaq ixracatçılarından biri olaraq qalır.
Baxmayaraq ki, bazarda turbulentlik artır və xroniki problemlər daha da pisləşir.
Sammit Hindistan tərəfindən təşkil edildiyi üçün tədbirdə ilk çıxış edən Hindistanın Baş naziri Narendra Modi olub. Sentyabr ayında Yeni Dehlidə G20 sammiti baş tutdu. Tipik olaraq, G20 liderləri ildə bir dəfə görüşür. Bununla belə, Modi sentyabr ayında edilən təklifləri nəzərdən keçirmək üçün əlavə virtual sessiya təşkil etməyi təklif edib.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər