Bütün xəbərlər
AHİK Türkiyəyə konteyner evlər göndərib-VİDEO+FOTOLAR
Tarix: 11-03-2023 19:41 | Bölmə: Sosial
                      


Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycandan qardaş ölkəyə mütəmadi olaraq humanitar yardımlar göndərilir.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, martın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların sığınacaqlarla təmin edilməsi məqsədilə Türkiyəyə 10 ədəd bir və iki otaqlı modul tipli ev – konteyner göndərib. Yüksək keyfiyyətlə hazırlanmış konteynerlərdə insanların yaşaması üçün bütün zəruri şərait yaradılıb.
Konteynerlər “Qardaş köməyi” platforması çərçivəsində Lökbatandakı “Agro” terminalından Kahramanmaraş şəhərinə yola düşüb.

AHİK həmçinin zəlzələ qurbanlarına davamlı olaraq humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün 500 000 manat vəsait köçürüb.
Qeyd edək ki, AHİK 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına ianə etmişdi.

Sabaha-inamla.az


               

  




    






Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər