10:29 / 09-11-2025
Messi karyerasında 400 məhsuldar ötürməyə çatd
10:25 / 09-11-2025
Böyük Dairə Xəttinin (BCL) relslərinə sərnişin yıxılıb
10:22 / 09-11-2025
Məhkəmə xarici agent Çirikovanı Moskvadakı mənzilindən çıxarıb
10:19 / 09-11-2025
"Mash": Beş nəfər botulizm xəstəliyinə yoluxub
10:17 / 09-11-2025
Keçmiş pedofil miqrant deportasiya edilib
21:32 / 08-11-2025
Azərbaycan xalqının çoxəsrlik tarixinə yazılan qəhrəmanlıq salnaməsi
21:26 / 08-11-2025
Vüqar Rəhimzadə: "Azadlığına qovuşmuş qədim Şuşa böyük quruculuq işlərinin və beynəlxalq tədbirlərin mərkəzinə çevrilib"
21:18 / 08-11-2025
Vüqar Rəhimzadə: "Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Zəfər Günümüz növbəti zəfərlərin başlanğıcı oldu"
21:12 / 08-11-2025
Müstəqil Azərbaycanın dövlət bayrağı ən ali tribunalarda qaldırılıb-Könül Nurullayeva
18:56 / 08-11-2025
Lavrov: "Putinin 5 noyabr Təhlükəsizlik Şurasının iclasından verdiyi təlimat icra üçün qəbul edilib"
18:53 / 08-11-2025
Lavrov: "Rusiya Trampın nüvə sınaqları ilə bağlı açıqlamalarına görə heç bir izahat almayıb"
18:50 / 08-11-2025
Rusiya samboçuları Bişkekdə keçirilən Dünya Çempionatının ikinci günündə dörd qızıl medal qazandılar
18:42 / 08-11-2025
Patriarx Kirill Medvedevə "Dmitri Donskoy" ordenini təqdim etdi
18:39 / 08-11-2025
Krım yerli televiziya kanallarının haker hücumuna məruz qalması xəbərlərini təkzib edir
18:36 / 08-11-2025
Sürücü tibbi müayinədən dəfələrlə imtina etdiyinə görə həbs cəzası aldı
18:09 / 08-11-2025
Rus lazer LazerBuzz dronları yarım saniyədə məhv edir
18:07 / 08-11-2025
Bir kişi hərbi çağırış mərkəzinin pəncərəsindən yıxılıb və reanimasiyaya yerləşdirilib
18:05 / 08-11-2025
Nigeriya Trampı ölkə haqqında dediklərinə görə üzr istəməyə çağırır
18:02 / 08-11-2025
ABC News: Hökumətin bağlanması səbəbindən şənbə günü ABŞ-da 700-dən çox uçuş ləğv edildi
17:58 / 08-11-2025
Albaniya Baş naziri: "AB Rusiya ilə dialoqa girməlidir"
17:55 / 08-11-2025
Məktəbli terrorçulara kömək etdiyinə görə həbs edilib
17:52 / 08-11-2025
İsrail Netanyahunun həbs qərarını Ərdoğanın piar hərəkəti adlandırır
17:49 / 08-11-2025
Yaşlı anasını döyərək öldürüb
10:19 / 08-11-2025
Qrip peyvəndi üçün gələn elektroşoker yellədiyinə və musiqi çaldığına görə həbs edilib
10:09 / 08-11-2025
Qəzaya uğrayan vertolyot istirahət mərkəzindəki kottecin üzərinə düşdü
10:05 / 08-11-2025
Rusiya səfirliyi müğənni Abdrazakovun İtaliyadakı çıxışının ləğv edilməsindən sonra ona dəstək oldu
10:01 / 08-11-2025
Ekspert Knutov: "ABŞ Yeni START Müqaviləsinin müddəti bitdikdən sonra nüvə potensialını ikiqat artıracaq"
09:58 / 08-11-2025
Politico: "Kallas Von der Leyenin əsas düşmənini Brüsselə qaytara bilmir"
09:53 / 08-11-2025
Taylandda Maqadanlı qadının ölümündən sonra regional hakimiyyət orqanları onun uşaqlarını geri qaytarmaq üçün çalışır
09:51 / 08-11-2025
Nebenzya: "Rusiya ABŞ-ın Nüvə Sınaqlarına Hazır Olmalıdır"
23:45 / 07-11-2025
Ay işığı qazının partlaması nəticəsində üç nəfər xəsarət alıb
23:39 / 07-11-2025
Lukaşenko Jurnalistlər Çempionatında odun doğrayıb
23:34 / 07-11-2025
Təqaüdçünü xilas edərkən yanğınsöndürən həlak olub
23:30 / 07-11-2025
Kola körfəzinin sularını çirkləndirməkdə günahkar olan dənizçi Murmanskda mühakimə olunacaq
23:27 / 07-11-2025
Orban: "Bayden Ukrayna münaqişəsini başlamağa sövq etdi"
19:17 / 07-11-2025
Regional administrasiya rəhbərinin müavini yaralanıb
19:14 / 07-11-2025
RST: Rus turistlər Asiyada baş verən "Kalmaegi" tayfunu səbəbindən səyahət paketlərini geri qaytarmayıblar
19:12 / 07-11-2025
"Fokus": NATO ölkələri Rusiya ilə hərbi qarşıdurmaya hazır deyil
19:09 / 07-11-2025
Vyetnamın cənubundakı hava səyahətlərinə tayfun ciddi təsir göstərməyib
TƏLİMİN OPTİMALLAŞDIRILMASININ ÜSUL, VASİTƏ VƏ TƏRZLƏRİ
Tarix: 18-02-2022 01:02 | Bölmə: Sosial

Kamal Həsən oğlu Camalov,
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Mövzuya giriş
Dünyaya gəlmiş-getmiş bütün ictimai xadimlər müəllimin işinə böyük əhəmiyyət vermiş və müəllimin mövqeyini mövcud olmuş bütün cəmiyyətlərdə-kindən yüksəkdə tutmağı lazım bilmişlər. Çünki müəllimin vəzifələri məsuliyyətli və şərəflidir. Çünki müəllimlik gənc nəsli təlim və tərbiyə etmək vəzifəsini daşıyır. Müəllim, həmçinin məktəb ərazisindən kənara çıxaraq cəmiyyət içində fikir oyadır, kütlə içərisində bu zamana qədər ilan kimi boğaza sarılan mövhumatçılığa qarşı mübarizə aparır. Çünki “müasir dünyamızın inkişaf dinamikasına xas olan bu məntiq yalnız təhsil müstəvisində böyük uğurlarla nəticələnir”.
Məktəbin təlim və tərbiyə işində müəllimin böyük rolu olduğunu hər şeydən əvvəl bu cəhət göstərir ki, şagirdlərin əxlaqı, bilik keyfiyyəti, onların dünyagörüşü, sosiallaşması məhz müəllimə məxsus olan keyfiyyətlərdən asılı olur. Komenski əbəs yerə demirdi ki: “Müəllimlər mömin, namuslu, fəal və əməksevər şəxslər olmalıdırlar; zahiri görünüş üçün deyil, əsl həqiqətdə onlar başqalarına aşılamalı olduqları xeyirxahlığın canlı nümunəsi olmalıdırlar (heç bir süni şey uzun müddət davam edə bilməz)”.
Yeni insan tərbiyəsi ilə əlaqədar olaraq müəllimlərin qarşısında indi daha ciddi vəzifələr durur. Şagirdlərin məktəblərdə faktik olaraq aldıqları bilik həcmi habelə bu biliklərin möhkəm olması nəticə etibarilə müəllimdən, onun iş keyfiyyətindən asılı olur. Şagirdlərin müvəffəqiyyəti müəllimin hər hansı bir mövzunu aydın, ətraflı və maraqlı şəkildə izah etməsindən, şagirdlərin biliyini möhkəmləndirmək üçün əlavə olaraq verdiyi tapşırıqları yoxlamaq bacarığından, şagirdlərin müstəqil məşğələlərini təşkil etməsindən, şagirdlərin biliklərində olan nöqsanları vaxtında görmək və aradan qaldırmaq qabiliyyətindən asılır. Tədris vəsaitində, məktəb mexanizmində nöqsan olarsa bunların mənfi təsiri müəllimin yaxşı işi ilə aradan götürülə bilər. Lakin müəllimin özündə nöqsan olarsa, bunlar proqrammaların mükəmməl olması və ya tədris avadanlığının yüksəkliyi və yaxşılığı ilə islah edilə bilməz. Bunları müəllim özü özünütənqid prosesində islah etməlidir. İşə səmimi yanaşma nəticəsində müəllim hər zaman özünə köməkçi tapa bilər.
Məktəblər şagirdlər üçün ictimai yer olarsa
Təbiət qüvvələrini əldə edib onu təşkil etməyə xidmət edən zəhmət əlbətdə maraqlı və cəlbedicidir. Lakin yeni yetişən nəsildə bəşəriyyət varlığının yüksək forması olan cəmiyyətə yaradıcı gənclər yetişdirmək daha maraqlı və cəzb edicidir. Buna görə də böyük çex pedaqoqu Yan Amos Komenski yazır ki: “yalnız varlıların və adlı-sanlı şəxslərin uşaqları deyil, əksinə, hamı, adlı-sanlılar, adsız-sansızlar,
varlılar və yoxsullar, oğlanlar və qızlar bütün şəhərlərdə və qəsəbələrdə, kəndlərdə və kəndciklərdə bərabər olaraq məktəbə cəlb edilməlidirlər”. Çünki dünyaya gələn bütün insanlar yalnız bir əsas məqsədlə yaranmışlar: insan olmaq məqsədi ilə, düşüncəli məxluq, bütün yaradılanların sahibi, özünü Yaradana bənzər bir varlıq olmaq məqsədi ilə yaranmışlar. Deməli, müəllim məktəbli şagirdlərə elmli, milli-mənəvi və bəşəri dəyərləri lazımi qaydada mənimsətməyi bacararsa, şagirdlərdə mövcud həyatı səmərəli keçirmələri üçün nikbinlik oyadarsa, gələcək həyata ləyaqətli vətənpərvər vətəndaşlar hazırlanmış olar.
Məktəblər humanizm emalatxanalarına bənzəməlidir
Cəmiyyət tərəfindən bilik, bacarıq və vərdişlərdə toplanmış təcrübəni böyüməkdə olan nəslə müntəzəm surətdə öyrədən məktəblər meydana gəldiyi vaxtdan təhsil və təlim maraq dairəsinə səbəb olmuşdur. Təhsil və təlim nəzəriyyəsi olan didaktika pedaqogikanın xüsusi bir sahəsidir. Müəllim didaktik metodlarla təlimdə meydana çıxan hadisə və proseslərin qanunauyğunluqlarını, şagirdin şəxsiyyətinin formalaşmasına bu qanunauyğunluqların təsirini, təlimin ayrı-ayrı cəhətlərini obyektiv və subyektiv amillərlə şərtlənməsini izah edir və öyrədir. Didaktika həm insanların ümumiyyətlə bilik, bacarıq və vərdişlərə yiyələnməsi kimi və həm də təlim prosesində qazanılmış bilik, bacarıq və vərdişlər sistemi kimi başa düşülür. “Didaktika hər şeyi hamıya öyrətmək məharətidir” şüarının banisi Yan Amos Komenski qeyd edir ki, məktəblərdə təlim ümumi olmalıdır. Məktəblərdə öyrətmək və öyrənmək nədən ibarətdir? sualına belə açıqlama verir: “İndi məktəblərdə hamını hər şeyə öyrətmək lazım gəldiyini göstərmək lazımdır. Lakin bu ifadədən bizim, guya bütün elmləri və sənətləri bilməyi (və xüsusilə tamam və dərindən bilməyi) tələb etdiyimiz anlaşılmasın. Bu, işin mahiyyəti etibarı ilə faydasız olardı, həyatımızın qısalığı üzündən kimsə üçün mümkün olmazdı. Çünki biz görürük ki, hər bir elm – fizika, hesab, həndəsə, astronomiya və bu kimi elmlər hətta kənd təsərrüfatı və ya bağçılıq o qədər geniş və dərindir ki, ən görkəmli ziyalılar belə, bütün ömürlərini nəzəri mühakimələrə və təcrübələrə sərf etsəydilər hamısını əhatə edə bilməzdilər”. Yan Amos Komenski buna misal olaraq riyaziyyat elmində – Pifaqoru, mexanika elmində – Arximedi, dağ və mədən işlərində (metallurgiyada) – Aqrikolanı, ritorika elmində – Linqoliyanı (o, kamil Siseronçu olmaq üçün təkcə bu elm ilə məşğul olmuşdu) nümunə gətirir. Ancaq yenə də müəllim şagirdlərinə mövcud olan və ətrafda cərəyan edən ən mühüm şeylərin əsaslarını, xassə və məqsədlərini anlatmağa çalışmalıdır. Çünki insanlar dünyaya yalnız müşahidəçi olmaq üçün deyil, həm də fəaliyyət göstərmək üçün göndəriliblər. Deməli, heç bir müstəsna olmadan məktəb-lərdə və məktəblər sayəsində aşağıdakılara çalışmaq lazımdır:
1. Elmlər və sənətlər vasitəsilə qabiliyyətlər inkişaf etdirilməli;
2. Dillər təkmilləşdirilməli;
3. Bütün əxlaqi qaydalara uyğun olaraq xeyirxahlıq və əxlaqi görüşlər hər cəhətdən inkişaf etdirilməli;
4. Allaha həqiqətən hörmət edilməlidir.
Yan Amos Komenski məktəblərin humanizm emalatxanasına bənzəməsini arzu edir. Yəni uşaq məktəbdə şüurlu məxluq olarsa; özü özünə hakim olarsa; müəllimini şadlandıran məxluq olarsa bu zaman məktəblər humanizm emalatxana-larına bənzəyər. Bu da o zaman mümkündür ki, məktəb müəllimləri şagirdləri zə-kaca müdrik, rəftarlarında xeyirxah adamlar etmək üzərində çoxlu zəhmət çəkmiş olsunlar.
Təlimdə elmilik, sistemlilik və ardıcıllıq gözlənilərsə
Ümumtəhsil məktəblərində elmilik prinsipi demək olar ki, bütün təlim fənlərinin strukturunu və məzmununu nəzərdən keçirib dəyişdirməyi tələb edir. Çünki elm inkişafdadır. “Elmilik prinsipi – ayrı-ayrı fənlər üzrə öyrənilən faktların, anlayış və qanunauyğunluqların sisteminin mənbəyi kimi elmə əsaslanmağı nəzərdə tutur”. Y.A.Komenski yazır ki, elm müşahidə və ya seyretmə müəyyən ünsürlərlə – yəni gözlə, obyektlə və işıqla şərtlənir. Belə ünsürlər mövcud olduqda ancaq, görmək mümkün olur. Daxili görmənin gözü ağıldır və ya zehni qabiliyyətdir. Obyekti ağlın xaricində və daxilində olan bütün şeylər, işığı isə diqqətdir. Xarici görmədə şeyləri olduğu kimi görmək üçün müəyyən üsul (vasitə) lazım olduğu kimi, burada da müəyyən üsul lazımdır ki, şeyləri o üsulla təqdim edəndə ağıl onları düzgün və asan qavrasın və dərk etsin. Komenski deyir ki, əgər şagird müəllimin aşağıdakı dörd şərtinə əməl edərsə onda o elmlərin sirlərindən asanlıqla baş aça bilər:
1. O (şagird – K.C.), saf mənəvi gözə malik olmalı;
2. Obyektlər həmin şəxsin (şagirdin – K.C.) qarşısına qoyulmalı;
3. Həmin şəxs (şagird – K.C.) hökmən diqqətli olmalı;
4. Müşahidə ediləcək şeylər lazımi qayda ilə bir-birinin ardınca təqdim olunmalıdır; bu zaman həmin şəxs, hər şeyi düzgün və asanlıqla mənimsəyəcəkdir.
Təlimdə sistemlilik və ardıcıllıq olmasa o zaman elmilikdən danışmaq olmaz. Tədrisin gedişi bilik əldə etmək vəzifəsinə, qəti sürətdə çərçivəyə alınmış sistematik bilik əsaslarının mənimsənilməsinə uyğun olmalıdır. Bilik həcmi və onların mənimsəmə metodları bir-birinə qarşı qoyulmadan ibarət ola bilməz. Bunlar bir-birinə bağlıdır. Məzmun həlledici rol oynayır. Şagirdlərə çərçivəyə alınmış bilik dairəsi verilməlidir. Metod bu vəzifəyə mane olmaq deyil, onun həllinə yardım göstərməlidir. Maddi təhsil vəzifəsini, yəni faktik biliklər əldə etmək vəzifəsini, formal təhsil vəzifəsinə, yəni şagirdlərdə təfəkkür inkişaf etdirmək, onları müstəqil olaraq bilik kəsb etmək vəzifəsinə alışdırmaq işini bir-birinə qarşı qoymaq düzgün deyildir. Bu cür qarşı qoyma, vahid bir vəzifənin bir-birini yox edən vəzifəyə bölünməsi, məsələnin belə antielmi surətdə həll edilməsidir. Gərək ifadədə və gərəksə şagirdlərdə vərdiş yaratmaq işində ciddi ardıcıllığa riayət etməklə bilikləri möhkəm mənimsəmək olar. Hər bir yeni bilik elementi artıq məlum olan şeyə əsaslandığı halda, artıq mənimsənmiş olan cəhətə dərindən daxil ola bildiyi halda şagird tərəfindən möhkəm mənimsənir. Şagird
üçün çətinliyin artmasında tədriciliyə riayət edilməsə tədris işində onun müvəffəqiyyətlərinin doğru təminatıdır. Hisslərimiz, duyğularımız bir-birinə necə möhkəm birləşibsə təlimdə də sistemlilik və ardıcıllıq bir-birinə möhkəm birləşməlidir.
Sistemlilik olmadan təlimin elmiliyi mümkün deyildir. “Sistemlilik və ardıcıllıq prinsipi elmilik prinsipi ilə qırılmaz tellərlə bağlıdır”. O, mexaniki surətdə məktəbə gətirilə bilməz və gətirilməməlidir. Lakin tədris fənnində olan sistem onu elmə yaxınlaşdıran xüsusiyyətlərdən biridir. Elmdə olduqca çox mücərrəd material, çoxlu fərziyyə, elmi nəzəriyyə, mübahisəli konsepsiyalar vardır. Məktəbdə şagirdlərə təmizlənib müəyyənləşmiş, elm tərəfindən qəbul olunmuş biliklər əlbəttə, uşaqlar və yeniyetmələr üçün müyəssər olan, onların yaş və psixoloji xüsusiyyətlərinə uyğun biliklər verilir.
Keçilən mövzular müstəqil mövzular vasitəsilə aparılarsa
Bildiyimiz kimi, Y.A.Komenski əyanilik prinsipini müəllimlər üçün “qızıl qayda” adlandırır. Qeyd edir ki, “əyani qavrayış yolu ilə mənimsənilmiş biliklər həmişə möhkəm olur. Əgər mən bir dəfə də olsa qəndi dadmışamsa, dəvəni görmüşəmsə, bülbülün səsini eşitmişəmsə, Romada olub onu müşahidə etmişəmsə (ancaq diqqətlə), əlbəttə, bütün bunlar hafizədə möhkəm nəqşlənir və unudulmur. Gözü ilə görən bir şahid, yalnız eşitdiyinə görə danışan on şahiddən yaxşıdır... Məsələn, nəbatatşünaslar, zooqraflar, həndəsə mütəxəssisləri, geodizistlər öz izahatlarına şəkillər əlavə edirlər ki, bu da çox faydalıdır. Fizika tədrisində, habelə başqa fənlərin tədrisində də bu yoldan istifadə etmək məsləhətdir” [2, s.175]. Konstantin Dimitriyeviç Uşinski də Komenski kimi təkid edir ki, “uşaq rənglərlə, formalarla, surətlərlə fikirləşir, buna görə də əyaniliyin köməyi ilə hər şey daha asan və dəha möhkəm mənimsənilir” – deyərək əyaniliyin zəruriliyini əsaslandırırdı.
Dövrün yaradıcı və qabaqcıl müəllimləri adını qazanmş Jan Jak Russo, İohan Henrix Pestalotsi, Adolf Disterveq, Konstantin Dimitriyeviç Uşinski və b. əyanilik haqqında fikir və ideyalarını ümumi konteksdə belə ifadə edə bilərik: Müəllim dərsdə hər bir yeni elmi bilik verən mövzu haqqında konkret hadisələrin, ətraf aləmdəki cisimlərin müxtəlifliyini əks etdirməyi bacararsa bu zaman əyani vəsaitlərlə şagirdlərin dərketmə fəaliyyəti asanlaşar, əyaniliyin yaratdığı canlı əlaqələr uzun müddət şagirdlərin yaddaşlarında iz salmış olar.
Məktəb şagirdləri onlara əlverişli olan bilikləri tam düşüncəli surətdə mənimsəməlidirlər. Bunların ən sadə bilikləri belə möhkəm, daha bərk və sarsılmaz olmalıdır. Hər bir şagird yalnız mənimsədiyi nəticələri, qaydaları və sairəni praktikada o halda, düzgün və dəyişməz şəkildə tətbiq edə bilər ki, o, öz nəticələrinin sahibi olsun, bu nəticələri düşüncəli surətdə mənimsəmiş olsun. Öyrənilən şeyi düşünmədən həyata keçirmək ancaq sxolastik metodlarına xarakter haldır. Fransız humanisti Monten deyirdi: “Biz yalnız hafizəmizi doldurmaq üçün işləyirik, ağlımızı və vicdanımızı doldurmuruq. Həzm olmayan, qida horrasına
çevrilməyən və orqanizmimiz tərəfindən mənimsənilməyən qidanın nə kimi faydası ola bilər?”. 15-16 il məktəbdə oxuduqdan sonra qayıtmış gənc haqqında Monten belə yazır: “o doldurulmuş ruhunu gətirməli idi, amma üfürülüb şişirilmiş ruhunu gətirdi – ruhunu doldurmaq əvəzinə onu üfürüb şişirmişdir. Daima şagirdin qulağına çığırırlar, guya qıfa bir şey tökürlər, şagirdin vəzifəsi isə ona deyilən sözləri təkrar etməkdən ibarətdir. Mən istərdim ki, müəllim işin bu cəhətini düzəltsin, istərdim ki, işin lap əvvəlindən şagirdin bacarıqlarına uyğun olaraq ona öz fikrini söyləmək imkanı versin, onda cisimlərə qarşı zövq oyatsın, şagird cisimləri seçməyi, bunların arasındakı fərqləri tapmağı bacarsın; müəllim bəzi vaxt şagirdə yol göstərsin, bəzən də bu yolu tapmağı öz öhdəsinə buraxsın...”.
Çox təəssüf hissi ilə bildirək ki, çağdaş dövrümüzdə müəllimlərimiz var ki, hələ də öyrənilən mövzunun mənasını anlamadan onu mexaniki surətdə öyrədir, əzbərlədir. Unudur ki, belə olduqda şagirdlərin hafizələrinin yalnız bir tərəfi “dolur”. Unudurlar ki, onlar bu zaman şagirdlərə saxtalaşdırılmış elm verir, onların hafizələrini gərəksiz şeylərlə doldurur və uşağın müstəqil aktiv təfəkkürünü inkişafdan zəlil qoyurlar. Halbuki, “Şagirdlərin idrak prosesinin fəaliyyət dinamikasını elə tənzimləmək lazımdır ki, onlar duyduqları predmet və hadisələri, yeni elmi-nəzəri faktları dərindən mənimsəyib qavrasın, hafizəsində saxlasın, hifz etsin, sonra təfəkkür süzgəcindən keçirərək nitq vasitəsilə onu ifadə edə bilsin”.
Y.A.Komenski müəllimə yüksək qiymət verir; o deyirdi ki, öz işini forma üçün deyil, ciddi və mehriban surətdə yerinə yetirən müəllim həqiqi pedaqoqdur. Onun fikrincə, məktəbin düzgün işləməməsində əksər halda müəllimin özü təqsirkardır. O, şagirdlərə yaxın, səmimi olmağı müəllimdən tələb edərək yazırdı: “Əgər müəllimlər şagirdlərə güzəştlə və nəzakətlə yanaşsalar, şagirdlərin qəlbini sərt ifadələri ilə sındırmasalar, əksinə, onları atalıq məhəbbəti, nəvazişi və nəsihətlərlə özlərinə cəlb etsələr, məşğələlərə başlarkən məşğələlərin üstünlüyünü, xoş və asan olduğunu açıb göstərsələr; əgər müəllimlər ən çalışqan şagirdləri bəzən tərif etməklə... həvəsləndirsələr, əgər onlar şagirdləri öz evlərinə dəvət edərək, orada və eləcə də sinif otağında onlara sonralar da öyrənməli olacaqları şeylərin şəkillərini, optika və ya həndəsi alətləri, qlobusları və uşaqları heyrətə gətirəcək bu kimi başqa şeyləri göstərərək, izah etsələr; daha sonra, əgər onlar uşaqlar vasitəsi ilə bəzən ata-analara hər hansı bir məlumat göndərsələr uşaqda biliyə həvəs oyanar; bir sözlə, əgər müəllimlər şagirdlərinə şəfqətli münasibət göstərsələr, asan-lıqla onların qəlbini özlərinə elə cəlb edərlər ki, uşaqlar məktəbə gəlməyə evdə qalmaqdan daha artıq həvəs göstərərlər”. Bu mənada, dünya şöhrətli Üzeyir Hacıbəyov da qeyd edir ki, müəllim pedaqogika, psixologiya elmlərini dərindən bilməli, xalq balalarını sevməyi bacarmalı, ana dilinin təmizliyini və gözəlliyini qorumalı və həmçinin geniş dünyagörüşlü, elmli, mərifətli bir müəllim olmalıdır: “Tərbiyə işində cüzi səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar. Zatən bizim oxumuşlarımızın da bu gün hamını məyus edən bəzi pis-pis əməllərinə də onların uşaqlıqda fəna yolda tərbiyə olunmalarıdır”.
Məlumdan məchula və yaxud sadədən mürəkkəbə
Şagirdin əqli təcrübədəki hissən sadə olan qavrayışdan başlayaraq və yaxud başqa cür desək cisimlərin qavrayışından başlayaraq inkişaf edib, ümumi təsəvvür alınmasına doğru mücərrəd sadə olan şeylərdə daha ümumi anlayışlar yaradılmasına doğru gedir. Bu iki nöqtə arasında uşağın əqli, cisimləri müqayisə etmək, onu hissələrə ayırmaq, mühüm əlamətləri tapmaq kimi mürəkkəb proseslər üzərində işləyir. Yan Amos Komenski şagirdlərə “Nələri öyrətmək və öyrənməyə dair qaydalar”dan bəhs edərkən yazır ki, “sadə mürəkkəbdən qabaq gəlməlidir: o, daha asan öyrənilir... Bu qaydaya müdriklik verən və onun yolunu işıqlandıran belə bir qızıl qayda vardır: yaxşı şeyləri ehtirasla, daha yaxşı şeyləri – daha böyük ehtirasla, ən yaxşı şeyləri isə ən qüvvətli ehtirasla mənimsəməyi və icra etməyi öyrədən məktəb xoşbəxtdir”. Deməli, təlim prosesində “öyrənənin fitri istedadı, yaradıcılıq qabiliyyəti nəzərə alınmalıdır”. Təbii ki, şagirdin fitri istedadı, yaradı-cılıq qabiliyyəti nəzərə alınarsa, diqqət edilərsə gələcəkdə bundan millət də, xalq da faydalanmış olacaqdır. Alınmazsa, diqqət edilməzsə pedaqoq Üzeyir bəyin sözləri ilə desək, qabiliyyətlilər də cəmiyyət arasında məhv olub itəcəklər. Ü.Hacıbəyov yazır: “Məktəblərimizdə oxuyan şagirdlərə baxıram, onların içində elələrini görürəm ki, istedad və qabiliyyətləri özlərində, işlərində, danışıqlarında aşikardır. Və fikir edirəm, əcəba bunlara vüsət veriləcəkdirmi ki, öz istedadları iqtizasınca təlim görüb, axırda işlərindəki məharətlə millətə mənfəətlər yetirsinlər? Yoxsa, ağır şərait içində hər bir qabiliyyətləri məhv və nabud olacaqdır...”.
Müəllim təlimin təşkili prosesində şagirdlərin bir şəxsiyyət kimi təfəkkürü-nü formalaşdırmalı, xüsusi səy və təlaş göstərməli, uşaqda yaradıcı təfəkkürü tər-biyə etməlidir.
Nəticə
Ø Müəllim həm məzmun, həm də forma nöqteyi-nəzərindən öz işini layiqli və ləyaqətli qurmalıdır;
Ø Müəllim təlim prosesində şagirdlərin axtarıcı, yaradıcı fəaliyyət göstər-məsinə münbit zəmin yaratmaq istəyirsə o zaman aydın şəkildə təsviri, müqayisəli, izahlı ümumiləşdirmələr aparmalıdır;
Ø Müəllim şagirdləri zəkaca müdrik, rəftarlarında xeyirxah adamlar kimi yetişdirmək istəyirsə o zaman məktəbi humanizm emalatxanalarına çevirməlidirlər;
Ø Müəllim şagirdlərdə gərəksə ifadədə və gərəksə də vərdiş yaratmaq işində ciddi ardıcıllığa riayət etməlidir;
Ø Müəllim şagirdlərdə hisslərimiz, duyğularımız bir-birinə necə möhkəm birləşibsə təlimdə də elmiliyi, sistemliliyi və ardıcıllığı bir-birinə möhkəm birləşdirməlidir;
Ø Müəllim şagirdlərin ruhunu şar bolonu kimi üfürüb doldurmaq kimi yox – şagirdlərin bacarıqlarına uyğun olaraq ona öz fikrini söyləmək imkanı verməlidir;
Ø Müəllim şagirdlərə güzəştlə, nəzakətlə yanaşmalı, şagirdlərin qəlbini sərt ifadələri ilə sındırmamalı, əksinə, onlara atalıq, analıq məhəbbəti, nəvazişi göstərməlidirlər;
Ø Müəllim öz həlimliyi, səlimliyi ilə şagirdlərin qəlbinə yol tapmalı, onlarla mənəvi ünsiyyətə girməyi bacarmalıdır.
Baxış sayı: 618
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:19
"Mash": Beş nəfər botulizm xəstəliyinə yoluxub
7-11-2025, 19:14
RST: Rus turistlər Asiyada baş verən "Kalmaegi" tayfunu səbəbindən səyahət paketlərini geri qaytarmayıblar
7-11-2025, 09:51
Bir qız nənəsinin telefonundan fırıldaqçılara 180.000 rubl köçürüb
6-11-2025, 20:51
Firudin Qurbanov konfransda iştirak etdi - Fotolar
6-11-2025, 20:45
Sektor müdirinə töhmət verildi - Yenilənib
6-11-2025, 20:21
Keçmiş səhiyyə naziri şərti olaraq azadlığa buraxıldı
6-11-2025, 20:15
"Kommersant": Rusiyada donuz ətinin qiyməti düşür
6-11-2025, 20:09
Üç nəfər dəm qazından zəhərlənərək ölüb
6-11-2025, 20:00
Putin həmişə cüdo, sambo və güləşdən həzz aldığını bildirib
6-11-2025, 19:53
ABŞ Çin idxalına tarifləri bir il müddətinə təxirə salıb
5-11-2025, 21:33
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
5-11-2025, 20:55
Taikonautlar ilk dəfə orbitdə barbekü bişirdilər
5-11-2025, 20:05
Litva Baş naziri: "Vilnüs Minsklə yük maşınlarının geri qaytarılması ilə bağlı danışıqlar aparmaq istəyir"
5-11-2025, 19:59
Rosatom: Macarıstan "Paks II" Atom Elektrik Stansiyasının tikintisi üçün lisenziya verib
5-11-2025, 18:14
100 milyon rubl zərərlə nəticələnən fırıldaqçılıq sxemində şübhəli bilinənlər saxlanılıb
4-11-2025, 23:20
Uşaqları daşıyan avtobus qəzaya uğrayıb; bir nəfər yaralanıb
4-11-2025, 21:00
Putin Xüsusi Təyinatlı Qüvvələrin əsgərinin oğluna kursant olmaq arzusunu gerçəkləşdirəcəyinə söz verdi
4-11-2025, 15:24
Xəzər sahilində tapılan suitilərin ölüm səbəbi infeksiya ola bilər
4-11-2025, 14:58
MEDİA Agentliyində Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə görüş keçirilib
4-11-2025, 12:37
Moskvanın Uşaq Hüquqları üzrə Ombudsmanı məktəb tətillərinin qısaldılması ilə bağlı şərhlərini izah edib
4-11-2025, 12:04
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
4-11-2025, 11:49
Dayanıqlı inkişaf və texnologiya
3-11-2025, 23:57
Zelenski: "Ukraynanın qaz tədarükü boşluğunu bağlamaq üçün daha 750 milyon dollara ehtiyacı var"
2-11-2025, 16:58
"Mash": Lift 12-ci mərtəbədən düşüb, zərərçəkən var
1-11-2025, 16:08
İki məktəbli terrorizm işlərində ittiham olunub
1-11-2025, 15:01
Sağ olan atasının ölüm şəhadətnaməsini saxtalaşdırdığına görə həbs cəzası ilə üzləşib
31-10-2025, 22:46
İcra başçısının sabiq müavininə hökm oxundu
31-10-2025, 22:41
Leyla Əliyeva Yaradıcılıq Mərkəzində püstə ağacı əkdi - Fotolar+Video
31-10-2025, 17:45
"Elbrus" Kurortu Rusiyada ilk xizək yolu açacaq
31-10-2025, 16:56
İtkin düşən altı məktəbli tapılıb
30-10-2025, 18:42
Təmizlik robotları bir neçə məktəblərə gəlib
30-10-2025, 17:44
Yeddi kollec tələbəsi kafedə zəhərlənib
30-10-2025, 10:18
Fövqəladə Hallar Nazirliyi: "İl-76" təyyarəsi daşqından zərər çəkmiş Vyetnama humanitar yardım çatdırdı
29-10-2025, 19:41
Stubb Qazaxıstandan gələn enerji resurslarını Rusiya enerji resurslarına alternativ adlandırdı
28-10-2025, 22:31
"Wired": Amerikalı kişi donuz böyrək transplantasiyası ilə təxminən doqquz ay sağ qalıb