22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
AMEA-nın Naxçıvan Bölməsində 2021-ci ilin yekunları müzakirə edilib
Tarix: 16-12-2021 22:18 | Bölmə: Sosial

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 2021-ci ildə yerinə yeirilən elmi və elmi-təşkilati işlərlə bağlı yekun hesabat iclası keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə iclası giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev keçirilən hesabat tədbirlərinin istər bölmənin elmi-tədqiqat müəssisələrinin, istərsə də əməkdaşların elmi fəaliyyətinin fərdi qaydada təhlilində, gələcəkdə diqqət yetirilməli məqamların müəyyənləşdirilməsində xüsusi rolu olduğunu bildirib.
Qeyd olunub ki, 2021-ci ildə Naxçıvan Bölməsində Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin fərman, sərəncam və qərarları, AMEA-nın Rəyasət Heyətinin sərəncam və qərarlarından irəli gələn vəzifələr icra edilib. Bölmə əməkdaşlarının 9 Dövlət Proqramının icrasında iştirak etdiyini söyləyən natiq cari ildə bölmədə yerinə yetirilən xüsusi əhəmiyyətli işlər və nəzərdə tutulan məqsədlərdən bəhs edib.
Bölmənin Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov AMEA Naxçıvan Bölməsinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatını təqdim edib.
Tədqiqatçı diqqətə çatdırıb ki, hesab dövründə elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzu üzrə 37 iş 88 mərhələdə yerinə yetirilib, 6 mühüm nəticə əldə olunub. Tədqiqatlar 2 akademik, 4 müxbir üzv, 5 elmlər dоktоru, 49 fəlsəfə dоktоru, 28 doktorant və dissertant оlmaqla 88 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilib.
Dosent Orxan Bağırov AMEA Naxçıvan Bölməsinin ümumi və bölməyə daxil olan hər bir elmi-tədqiqat müəssisəsinin fəaliyyətini ayrı-ayrılıqda təqdim edib. O, 2020 və 2021-ci illərin göstəricilərini apardığı təhlillər əsasında ümumiləşdirib.
Bildirilib ki, 2021-ci ildə bölmə əməkdaşlarının 15 monoqrafiyası, 11 kitabı, 1 kitabçası, 2 metodik vəsaiti, 441 elmi məqaləsi, 182 konfrans materialı, 5 tezisi olmaqla 656 elmi əsəri çap olunub. Üç buklet, 3 xəritə tərtib edilib, 2 patent və 1 sənaye nümunəsi təsdiq olunub. Əsərlərdən 3 monoqrafiya, 75 məqalə, 77 konfrans materialı, 4 tezis, ümumilikdə 159 əsər xaricdə nəşr olunub. Məqalələrdən 46-sı impakt faktorlu jurnallarda çapdan çıxıb, bunlardan 17-si Clarivate Analytics (Thomson Reuters) indekslidir. Elmi məqalələrin 70-i xaricdə olmaqla 337-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb. Bölmə əməkdaşlarının 385 qəzet məqaləsi işıq üzü görüb. Bölmə əməkdaşlarının əsərlərinə 880 istinad qeydə alınıb.
“Elmi əsərlər” və “Axtarışlar” jurnallarının il ərzində dörd nömrəsi işıq üzü görüb. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi, “Elmi əsərlər” jurnalının Aşıq Ələsgərin 200 və Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileylərinə həsr olunan xüsusi nömrələri çap olunub.
2021-ci ildə AMEA Naxçıvan Bölməsində bir beynəlxalq səviyyəli, 2 respublika səviyyəli, 5 muxtar respublika səviyyəli, 13 bölmə səviyyəli elmi konfrans, 10 tədbir, Oxunması zəruri olan 5 kitabın müzakirəsi, 9 təqdimat keçirilib.
Hesabat dövründə doktorantura və dissertanturaya keçirilən qəbul nəticələrinə əsasən doktorantura və dissertanturaya qəbul olmuş 12 əməkdaşın mövzuları, rəhbər və məsləhətçiləri təsdiq edilib. Hazırda Bölmədə 13 nəfər doktorant, 43 nəfər dissertant müvafiq dissertasiyalar üzrə tədqiqatları davam etdirir.
Əməkdaşlardan 1 nəfər elmlər doktoru dissertasiya işini müvəfəqiyyətlə müdafiə edib, 1 nəfərin elmlər doktoru dissertasiya işi isə seminardan keçərək müdafiə buraxılıb, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1 nəfərə elmlər doktoru
elmi dərəcəsi, 2 nəfərə dosent elmi adı verilib. Bölmənin Dissertasiya Şurasında 7 nəfərin “Vətən tarixi” və “Arxeologiya” ixtisasları üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi keçirilib.
Tədqiqatçı hesabat məruzəsində Naxçıvan Bölməsində davam edən layihələrin icra vəziyyəti ilə bağlı məlumat verib. Qeyd olunub ki, 2021-ci ildə AMEA Naxçıvan Bölməsi üzrə 2 beynəlxalq səviyyəli qrant layihənin icrası uğurla davam etdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentinin məktubunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair tədbirlər həyata keçirildiyini söyləyən məruzəçi bildirib ki, layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görülüb, 3189 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib. Əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanıb.
Tətbiqyönümlü işlərdən bəhs edən alim 2021-ci ildə bölmə əməkdaşlarının “ZK-4 tipli seolitn alınma üsulu”, “Bayanşirə süfrə” üzüm sortu adlı 2 patentinin və “At fiqurlu səki daşı” adlı 1 sənaye nümunəsinin təsdiq olunduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, 7 noyabr 2020-ci il tarixdə keçirilən “Ailə təsərrüfatı məhsulları yarmarkası”nda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məhsulların çeşidlərinin artırılması, çaytikanı yağı istehsalına xüsusi diqqət yetirilməsi və “Yaşıl aptek”də satışının təşkil edilməsi ilə bağlı tapşırığının icrasını təmin etmək üçün Biokimyəvi tədqiqatlar laboratoriyasının Aşağı Əylis kəndində yerləşən ərazisində yeni çaytikanı tinglərinin əkini həyata keçirilib. 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, Şorsu palçığının və quru qalığının istehsalı və satışı işi davam etdirilib. Bioresurslar İnstitutunda 120 litrə qədər gülab, çaytikatı yağı, alma sirkəsi, müxtəlif meyvə quruları, ərik, albalı kompotu və şirəsi, yemişan kompotu, tut, qoz, ərik, albalı, gilas, gül mürəbbələri, paketlənmiş zəfəran qurusu, Təbii Ehtiyatlar İnstitutunda propolis (bərəmum) istehsal edilib.
ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan kimi 20-dən artıq ölkənin elm, təhsil müəssisələri və mütəxəssisləri ilə sıx elmi əlaqələr davam etdirilib. 15 aprel 2021-ci ildə AMEA Naxçıvan Bölməsi Türk Tarix Qurumu Başqanlığı ilə elmi əməkdaşlığa dair müqavilə imzalanıb.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Böməsinə hamiliyə verilmiş 10 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Bölmənin elmi-tədqiqat müəssisələrində müvafiq layihələri çərçivəsində tədbirlər keçirilib. Bölmənin 45 elmi dərəcəli əməkdaşının 26 ümumtəhsil məktəbində 8 fənn üzrə tədris etdiyi nümunəvi dərslər davam edir. Bölmənin 7 elmi əməkdaşı 8 interaktiv dərs aparıb.
AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərindən 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib və uğurlu nəticələr əldə olunub, yekun tədbirdə bölmə əməkdaşları və şagirdlər sertifikatlarla təltif edilib. Layihə çərçivəsində 2021-2022-ci tədris ili üzrə elmi tədqiqat mövzuları müəyyənləşdirilərək təsdiq edilib. Bölmədə baş verən yeniliklər müntəzəm olaraq www.ameanb.az elektron portalında yerləşdirilib, sayt xəbər və materiallarla zənginləşdirilib. Bölmənin Elektron kitabxanasında müxtəlif elm sahələrinə aid 78 kitabın elektron variantı hazırlanıb, bunlardan 38-i www.e-kitab.ameanb.nmr.az elektron portalına, 40-ı isə kitabxana daxili şəbəkədə yerləşdirilib.
2021-ci ildə Bölmənin 1 əməkdaşı Ölkə Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, 2 əməkdaşı “Şərq qapısı” qəzetinin 100 illiyi ilə əlaqədar qəzetin Fəxri Fərmanına, 6 əməkdaşı plaket və yubiley hədiyyəsinə layiq görülüblər. Bir nəfər Azərbaycan Milli Elmlər Akademiyasının və Naxçıvan Dövlət Universitetinin, 2 nəfər Akademiyanın Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2 nəfər tədqiqatçı 2 nüfuzlu elmi jurnalın redaksiya heyətinə üzv seçilib.
Bölmənin Rəyasət Heyətinin üzvlərindən akademik Tariyel Talıbov və AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək hesabatın qəbul olunmasının təklif ediblər.
Sonda AMEA Naxçıvan Bölməsinin əməkdaşları - Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və Bioresurslar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər İbrahimov 2021-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə Bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif ediliblər.
Sabaha-inamla.az

Baxış sayı: 715
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi