Bütün xəbərlər
Azərbaycan İlahiyyat İnstitutunda Ümumdünya Fəlsəfə Gününəhəsr olunmuş tədbir
Tarix: 22-11-2021 20:39 | Bölmə: Sosial

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)19 Noyabr – Ümumdünya Fəlsəfə Günü ilə əlaqədar tədbir keçirilib.
Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun moderatorluğu ilə baş tutan tədbirdə fəlsəfənin mahiyyəti, əhəmiyyəti, elm kimi aktuallığı və s. məsələlərə toxunulub.
İnstitutun rektoru, dosent Aqil Şirinov açılış nitqində bildirib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, ölkəmizdə də Ümumdünya Fəlsəfə Günü qeyd edilir, bu səpkidə müxtəlif tədbirlər keçirilir.
A.Şirinov fəlsəfi düşüncənin əhəmiyyətini, fəlsəfənin hər zaman mühümlüyünü qoruduğunu vurğulayıb. İslamın təşəkkül tarixinə nəzər yetirən rektor İslam düşüncəsində fəlsəfənin oynadığı rola diqqət çəkib. Bildirib ki, müxtəlif fəlsəfi məktəblərgündəlik həyatda haqqında düşündüyümüz suallara cavab tapmağa çalışmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə Ümumdünya Fəlsəfə Gününün 2002-ci ilin noyabrında təsis edildiyini bildirib. Alim fəlsəfi düşüncənin səciyyəvi xüsusiyyətlərindən, fəlsəfi baxışın əhəmiyyət və mahiyyətindən, müasir dövr fəlsəfənin problemlərindən bəhs edib. Bu mənada, fəlsəfidüşüncə kontekstində əsas prioritet məsələlərin milli identiklik, milli ideologiya və milli fəlsəfə olduğunu diqqətə çatdırıb.
İ.Məmmədzadə daha sonra milli fəlsəfə müstəvidə dahi Azərbaycan ədibləri İmadəddin Nəsimi, Nizami Gəncəvi və b. mütəfəkkirlərin yaradıcılığını ümumi mənəvi və etik baxımdan dəyərləndirib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu İdrak nəzəriyyəsi şöbəsinin müdiri, professor Füzuli Qurbanov çıxışındabildirib ki, kommunikasiya məsələsi bütün sahələrlə yanaşı, müasir dövrdə İnternetdə gedən sosial-mədəni proseslərin araşdırılmasında mühüm açar rolunu oynaya bilər. Alim vurğulayıb ki, son dövrlər dünyanın bir sıra filosofları bu istiqamətdə nəzəri-metodoloji tədqiqatlar aparmaqdadırlar. Professor 2003-cü ildən ölkəmizdə yeni dəyərlər sisteminin ortaya çıxdığını, multikulturalizmin dövlət siyasətinə çevrildiyinidiqqətə çatdırıb.
Qeyd edək ki, Ümumdünya Fəlsəfə Gününün keçirilməsində əsas məqsəd hazırda baş verən qlobal sosial-mədəni dəyişikliklərin müzakirəsinin ümumi platformasını tapmaq, insanları fəlsəfi irsin qorunmasına cəlb etmək, yeni ideyalar üçün təfəkkür dairəsini genişləndirmək, vətəndaş cəmiyyətinin və mütəfəkkirlərin açıq debatlarını stimullaşdırmaqdır.
Sabaha-inamla.az















Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu